Bu ilin ilk doqquz ayında Gürcüstan Azərbaycandan olan turistlərdən 169 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
Bir şəlalə ilə başlayan turizm layihəsi - Astaranın Sım kəndi - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə gəlir 32,8% və yaxud 41,8 milyon ABŞ dolları artıb.
Hesabat dövründə Gürcüstan beynəlxalq turizmdən rekord səviyyədə - 3,6 milyard ABŞ dolları həcmində gəlir əldə edib ki, bu da ötən ilin analoji göstəricisindən 5,1% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı illik müqayisədə 34,9% artaraq 220 168 nəfər təşkil edib. (Apa)