2022-ci ildə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 2 dəfə artaraq 1.7 milyard dollar təşkil etmişdir.
Azərbaycana daxil olan valyuta çıxanı kəskin üstələyib - 23,5 MİLYARD DOLLARLIQ PROFİSİT
FED.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Tədiyyə Balansı hesabatında bildirilir.
Qeyd edilib ki, hesabat dövründə turizm xidmətləri üzrə idxalın (892.7 milyon dollar) ixracı (823.3 milyon dollar) üstələməsi nəticəsində 69.4 milyon dollar həcmində kəsir yaranmışdır.
Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 53%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2 dəfə artmışdır.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 0.9 milyard dollar olmuşdur. Bunun 80.3%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla). (Marja)