Azərbaycanda rəsmi qeydiyyat olmadan sosial şəbəkələr üzərindən turizm xidməti satanlara qarşı müvafiq addımların atılması müzakirə edilib.
Bayramda rayonlarda evlərdə də qalmaq olar - ŞƏKİ-ZAQATALADA QİYMƏTLƏR
FED.az Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına istinadən xəbər verir ki, müzakirələr qurumun tərkibində fəaliyyət göstərən “Turizm və xidmət üzrə iş Komissiyası”nın növbəti iclasında baş tutub.
Bundan başqa, iclasda qeyd edilib ki, regionlarda bir, iki, üç ulduzlu otellərin tikilməsi üçün müvafiq investisiya mühitinə ehtiyac duyulur.
Komissiya həmçinin Azərbaycanda turizm sektorunun vəziyyəti ilə bağlı keçirilən sorğunun nəticələrini açıqlayıb. Məlum olub ki, sektorun inkişafı üçün peşəkar kadr hazırlığı, investisiya mühiti, vergi tənzimləmələri, turizm məkanlarının investisiya üçün açılması, maliyyəyə çıxış, dövlət satınalmaları bağlı məsələlər həll edilməlidir.