2025-ci il üzrə Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin gəlirlərində müşahidə olunan azalma dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bir sıra regionlarla yanaşı, paytaxtda da hotel gəlirlərində ciddi geriləmə qeydə alınıb.
Gəlirlərin azalması üzrə ən kəskin göstərici Ağcabədi rayonunda müşahidə olunub; burada gəlirlər 580,8 min manatdan 215,2 min manata düşərək 365,6 min manat, yəni 2,7 dəfə azalıb.
Daşkəsən rayonunda isə gəlirlər 67,8 min manatdan 27,5 min manata enərək 40,3 min manat, başqa sözlə 2,5 dəfə geriləyib.
Balakən rayonunda 137,9 min manatlıq, yəni 43 faizlik azalma ilə göstərici 321 min manatdan 183,1 min manata düşüb.
Şabran rayonunda isə gəlirlər 16 milyon 45,1 min manatdan 10 milyon 545,4 min manata enərək 5 milyon 499,7 min manat, yəni 34,3 faiz azalıb.
Cəlilabad rayonunda 39,5 min manatlıq (30,8 faiz), Lerik rayonunda 57,9 min manatlıq (24,4 faiz), İmişli rayonunda isə 58 min manatlıq (24,1 faiz) geriləmə qeydə alınıb. Oğuz rayonunda gəlirlər 21,6 min manat (20,4 faiz), Sumqayıt şəhərində 322,6 min manat (17,6 faiz), Goranboy rayonunda isə 58,5 min manat (17,1 faiz) azalıb.
Siyahıda diqqətçəkən məqamlardan biri də paytaxtdakı vəziyyətdir; burada hotel gəlirləri 474 milyon 197,8 min manatdan 399 milyon 858 min manata düşərək 74 milyon 339,8 min manat, yəni 15,7 faiz azalıb.
İsmayıllı rayonunda 732,7 min manatlıq (13,7 faiz), Şəki rayonunda 423,2 min manatlıq (13,2 faiz), Tovuz rayonunda 37,6 min manatlıq (7,1 faiz), Xaçmaz rayonunda isə 597,7 min manatlıq (9,2 faiz) geriləmə olub. Göyçay rayonunda gəlirlər 4,6 min manat (5,5 faiz), Yardımlı rayonunda 1,3 min manat (2,5 faiz), Mingəçevir şəhərində isə 6,8 min manat (0,4 faiz) azalma nümayiş etdirib.












