2025-ci il üzrə Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin gəlirlərindəki illik artım dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ümumi sektorda azalma qeydə alınsa da, bəzi regionlarda hotel gəlirlərində kəskin artım müşahidə olunub.
Siyahıya ən yüksək artım dinamikası ilə Neftçala rayonu rəhbərlik edir. Bu rayonda hotel gəlirləri 5,5 min manatdan 79,3 min manata yüksələrək 73,8 min manat, yəni 14,4 dəfə artıb. İkinci pillədə qərarlaşan Ağdam rayonunda gəlirlər 3,6 dəfə artaraq 170 min manatdan 606,8 min manata (436,8 min manatlıq artım) çatıb. Salyan rayonunda göstərici 2,7 dəfə artaraq 99,6 min manatdan 267,7 min manata (168,1 min manatlıq artım) yüksəlib.
Dinamikanın davamında Biləsuvar rayonunda gəlirlər 114,7 min manatdan 283 min manata çataraq 2,5 dəfə (168,3 min manat), Kürdəmir rayonunda isə 156,4 min manatdan 374,4 min manata yüksələrək 2,4 dəfə (218 min manat) artıb. Saatlı rayonunda isə göstərici 2,3 dəfə artaraq 37 min manatdan 84,2 min manata (47,2 min manat) çatıb.
Faiz ifadəsi ilə artım göstərən digər bölgələrdən Zaqatala rayonunda gəlirlər 533,5 min manatdan 989,8 min manata (85,5 faiz və ya 456,3 min manat), Astara rayonunda 858,3 min manatdan 1,47 milyon manata (71,4 faiz və ya 613 min manat), Ağdaş rayonunda 20 min manatdan 33 min manata (65 faiz və ya 13 min manat) yüksəlib. Onluğu 3,65 milyon manatdan 5,94 milyon manata çatan (62,6 faiz və ya 2,29 milyon manat) Gəncə şəhəri tamamlayır.












