2025-ci il üzrə Azərbaycanda fəaliyyət göstərən hotellərdə işçi sayının ən az olduğu rayonların siyahısı məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, cədvəlin son sıralarında yer alan bölgələrdə bu rəqəmlər minimum həddədir.
Statistikaya əsasən, siyahının son onluğunda Bərdə, Beyləqan və Salyan rayonları qərarlaşıb ki, onların hər üçündə hotellərdə çalışan işçilərin sayı eyni olmaqla cəmi 9 nəfər təşkil edir. Siyahının davamında Tərtər rayonu 8, Sabirabad rayonu isə 7 nəfərlik göstərici ilə yer alıb. Cədvəldə daha aşağı nəticələr Neftçala və Ağdaş rayonlarında qeydə alınıb. Belə ki, bu rayonlardakı hotellərdə müvafiq olaraq 5 və 4 işçi çalışır.
Reytinqin ən sonlarına doğru irəlilədikcə rəqəmlər daha da azalır. Ağsu və Yardımlı rayonlarının hər birində hotel işçilərinin sayı sadəcə 3 nəfər olaraq rəsmiləşib. Ölkə üzrə ən aşağı göstəricilərə gəldikdə isə, Ağdərə rayonunda bu rəqəm 2 nəfər təşkil edir. Siyahının ən sonuncu – 55-ci pilləsində qərarlaşan Zərdab rayonundakı hotellərdə isə cəmi 1 nəfər işçinin çalışır.












