ABŞ və İsrailin İrana hücumu və bundan sonra başlayan müharibə, bir çox sahələrlə yanaşı, turizmə də təsirini göstərib.
BƏƏ ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
Novruz tətili yaxınlaşır: Bölgələrdə hotel qiymələri - VİDEO
Artıq Yaxın Şərq ölkələri ilə səyahətlərin əksəriyyəti ləğv edilib, bəzi hallarda isə vaxtı dəyişdirilib. Problemlər təkcə Yaxın Şərqlə – Dubay, Misir, Kürveyt və Qətərla bitmir. Bəzi istiqamətlərə, o cümlədən Asiyaya təyyarə uçuşu bu ölkələrdən keçdiyi üçün həmin istiqamətlərə səyahətlər də dayandırılıb.
İrandakı müharibədən ən çox təsirlənən şəhərlərdən biri də Dubaydır. Məlum olduğu kimi, İranın cavab zərbələrinə ən çox hədəf götürülən ərazilərdən biri də Birləşmiş Ərəb Əmirlikləri və xüsusilə Dubaydır.
Dubay əmirliyi son zamanlar turistlərin 1 nömrəli səyahət yeri idi, amma müharibə səbəbindən ölkənin turizm sektoru demək olar ki, çöküb. Hazırda bu ölkəyə uçuşlar müəyyən müddətə ləğv olunsa da, insanlar ümumiyyətlə digər vaxtlarda da səyahət etməkdən çəkinirlər.
Yaxın Şərqdə baş verən hadisələr fonunda turizm sektorunda vəziyyəti öyrənmək üçün FED.az biznes və maliyyə xəbərləri portalı turizm şirkətlərindən məlumat alıb. Şirkətlər bildirir ki, bəzi turistlərin gedişləri ləğv olunub, bəzilərinin vaxtı dəyişdirilib, bəziləri qiymətin düşdüyünü, bəziləri isə eyni qaldığını bildirir.
“Yusi Ko Travel” şirkətindən verilən məlumata görə, müştərilər hazırda heç bir ölkəyə səfər etmək istəmir, çəkinirlər. Tur paket alan müştərilərin də paketləri ləğv olunur və ya vaxtı dəyişdirilir. Şirkətin nümayəndəsi Anar Məmmədov bildirir ki, təkcə birbaşa Dubaya olan uçuşlar deyil, Dubay üzərindən həyata keçirilən Asiya, Afrika uçuşları da ləğv olunur. Çünki bu uçuşların bir çoxu Dubay, Qətər və Şarja üzərindən həyata keçirilir: «Hal-hazırda aktual istiqamət yalnız Türkiyə və Avropadır. Müştərilər bu istiqamətlərə üz tuturlar. Martın sonuna qədər Şarja üzərindən olunan uçuşlar təxirə salınıb».
«Tourgood Travel» şirkətindən bildirilir ki, Birləşmiş Ərəb Əmirliklərinə - Dubaya gedənlər rezervasiyalarını ləğv etməkdən daha çox, səyahəti başqa tarixə dəyişirirlər. Hal-hazırda bu ölkələrə uçuşlar yoxdur.
Şirkətin əməkdaşı Türkan Cavadova qeyd edib ki, rezervasiyaların ləğv olunacağı təqdirdə, müştərilərdən bəzi cərimələr tutula bilir. Bəzi turlar var ki, individual yığılır, belə hallarda hotelin şərtləri qaytaramaya icazə vermirsə, müəyyən tutulmalar ola bilər.
Gediş bileti başqa, dönüş bileti başqa hava yolu ilə alınıbsa, gediş ləğv olunduğu üçün dönüşün bu havayoluna aidiyyatı olmadığı üçün ləğv etmir və müəyyən tutulmalar olur. Uçuşlar ləğv olunanda isə heç bir cərimə tətbiq olunmur və ödəniş geri qaytarılır.
Maraqlıdır ki, şirkət nümayəndələrinin sözlərinə görə, bəzi Yaxın Şərq ölkələrinə getmək indi də mümkündür. Məsələn, Abu-Dabi, Şarja, Doha, Dubay kimi şəhərlərə getmək mümkün olmasa da, Misirə getmək imkanı var. Bu şəhərə hazırda turlar və fərdi səhayətlər satılır, rezervasiyalar qeydə alınır.
Uçuşların nə zaman bərpa olunacağı haqqında konkret məlumat olmasa da, bəzi yaxın tarixlərdə olan uçuşlar ləğv edilməyib.
Məsələn, Dubaya 12 mart tarixində olan uçuşlar ləğv edilməyib, ləğv ediləcəyi təqdirdə onlar daha erkən bilirlər ki, bu da, müştərilərə məlumat verməyə imkan verir. Şirkət nümayəndələrinin sözlərinə görə, bu vəziyyət onların da işini ləngidir, hansı tarixə uçuşların ləğv olunduğu konkret olaraq bilinmədiyi üçün müştərilərə vaxtında məlumat verə bilmirlər.
Qiymətlərə gəldikdə isə, bəzi şirkətlər uçuş olmadığı üçün qiymətlərin ucuzlaşdığını, bəziləri isə heç bir fərq olmadığını bildirir: «Qiymətdə heç bir dəyişiklik yoxdur, müharibədən əvvəl qiymət neçəyə idisə, hazırda da o qiymətə təklif olunur. Ümumi olaraq götürsək, əvvəlki ilə nisbətən qiymətlər bahalaşsa da, müharibə buna təsir etməyib»-deyə bildirilir.












