2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 24,7 faiz artaraq 1 milyon 384,8 min nəfər olmuşdur.
Mehmanxana və hotellərin gəlirləri - ARTIB
Bu barədə FED.az Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən xəbər verir.
Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 49,5 faiz, Gürcüstana gedənlərin sayı 31,7 faiz, Türkiyəyə gedənlərin sayı 17,5 faiz artmış, İrana gedənlərin sayı 17,0 faiz azalmışdır.
Ölkə vətəndaşlarının 44,6 faizi Türkiyəyə, 21,2 faizi Rusiya Federasiyasına, 9,0 faizi Gürcüstana, 7,4 faizi İrana, 17,8 faizi digər ölkələrə səfər etmişdir.
Gedənlərin 65,0 faizini kişilər, 35,0 faizini qadınlar təşkil etmişdir.
2023-cü ilin yanvar-sentyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,6 faizi hava, 28,9 faizi dəmir yolu və avtomobil, 2,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.