Turizm

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı - 72%-dən Çox Azalıb

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı - 72%-dən Çox Azalıb | FED.az
10:28 11 Sen 2020

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Gürcüstana 279 387 nəfər ziyarətçi səfər edib.

Eləcə də bax: Gürcüstanın turizm gəlirləri - 1,8 Mlrd. Dollar Azalıb

FED.az xəbər verir ki, bu barədə ölkənin Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkənin Azərbaycandan qəbul etdiyi ziyarətçilərin sayında 744 962 nəfər və ya 72,7% azalma qeydə alınıb.

İlk 8 ayda Gürcüstana yollanan beynəlxalq ziyarətçilərin ümumi sayı isə 75,6% azalaraq 1 544 098 nəfər təşkil edib. (Report)

Digər xəbərlər