Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstanın turizm gəlirləri illik müqayisədə 1,8 mlrd. ABŞ dollar azalaraq 483 mln. dollar təşkil edib.
Eləcə də bax: Gürcüstan iqtisadiyyatı - 5%-dən Çox Kiçilib
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə nazirinin müavini Giorgi Kakauridze bildirib.
Onun sözlərinə görə, pandemiya dövründə ən böyük zərbə turizm sektoruna dəyib. Nazir müavini qeyd edib ki, cari ilin 8 ayı ərzində Gürcüstanın vergi gəlirləri də ötən illə müqayisədə 330 mln. lari (106,3 mln. dollar) azalıb. (Apa)