Bu ilin iyulun 1-nə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində orta aylıq nominal əməkhaqqı 791,5 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu sahədə ümumi əməkhaqqı 43,6 manat və ya 5,8% artıb. Sektorlar üzrə müqayisədə, dövlət sektorunda maaşlar 134,0 manat (16,9%) artaraq 925,5 manata, qeyri-dövlət sektorunda isə 40,7 manat (5,7%) artaraq 750,8 manata çatıb.
Qeyd edək ki, 2024-cü ilin iyulun 1-nə bu sahədə orta aylıq əməkhaqqı 747,9 manat təşkil edib.