Bu ilin yanvar-iyun ayları ərzində maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq nominal əməkhaqqı 3 052,6 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu sahədə ümumi əməkhaqqı 174,3 manat və ya 6,1% artıb.
Sektorlar üzrə müqayisədə, dövlət sektorunda maaşlar 593,2 manat (17,8%) artaraq 3 925,4 manata, qeyri-dövlət (özəl) sektorda isə 92,5 manat (3,3%) artaraq 2 861,0 manata çatıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində bu sahədə orta aylıq əməkhaqqı 2 878,3 manat təşkil edib.