2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda hotel və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artaraq 2 milyon 046,5 min olub.
Eləcə də bax: Azərbaycanda otellərin gəlirləri - 2 DƏFƏYƏ YAXIN ARTIB
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, otellərdə gecələmələrin böyük hissəsi Bakının payına düşür.
Belə ki, gecələmələrin
53,0 faizi Bakıda,
6,9 faizi Qəbələdə,
6,2 faizi Xaçmazda,
6,1 faizi Qubada,
4,3 faizi Qusarda,
4,1 faizi Şabranda,
3,7 faizi Lənkəranda,
3,1 faizi Naftalanda,
1,8 faizi Naxçıvan MR-da,
1,0 faizi İsmayıllıda,
1,0 faizi Qaxda,
1,0 faizi Şamaxıda,
0,8 faizi Masallıda,
0,7 faizi Şuşada
6,3 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.