Ötən ilin sonuna Azərbaycandakı otellərin sayı 885 ədəd olub.
Azərbaycanda turistlərin təxminən 91 %-i göstərilən xidmətlərdən razı qalıb - ARAŞDIRMA
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, otellərin sayı 2024-cü illə müqayisədə 26 ədəd və ya 3% artıb.
Xatırladaq ki, 2024-cü ilin sonunda Azərbaycandakı 859 otel var idi.
Məlumat üçün bildirək ki, Azərbaycanda otellərin sayı 2021-ci ildə 712, 2022-ci ildə 757, 2023-cü ildə 809 olub. Son dörd ildə otellərin sayı 173 ədəd (24,3%) artıb.















