Azərbaycan otellərindəki nömrələrin cəmi 16%-ndən istifadə olunur. Otellərdəki yerlərin qalan 84%-i istifadəsiz qalıb.
Eləcə də bax: Azərbaycanda otellərin gəlirləri - 2 DƏFƏYƏ YAXIN ARTIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2022-ci ilin yanvar-sentyabr aylarında turizm sektorunun vəziyyəti ilə bağlı açıqlamasında bildirilir.
Komitənin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında hotel və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 16,3 faiz səviyyəsində olub.
Xatırladaq, ki, 2021-ci ilin eyni dövründə bu göstərici 11,2 faiz idi.
Ölkənin ayrı-ayrı şəhər və rayonları üzrə otellərin ən çox doluluğu Şabranda qeydə alınıb – 90%-ə yaxın. Amma bu da qonaqların sayının böyük olması ilə deyil rayonda cəmi bir böyük otelin olması ilə bağlıdır.
Hətta xarici qonaqların Bakıdan sonra ən çox üz tutduğu Quba və Qəbələdə də otellrin doluğuğu 30%-i keçməyib.
Belə ki, otellərin doluluğu üzrə göstərici
Şabranda 89,6 faiz,
Naftalanda 37,5 faiz,
Qubada 30,4 faiz,
Lənkəranda 25,9 faiz,
Beyləqanda 25,7 faiz,
Bakıda 23,6 faiz,
Qəbələdə 21,8 faiz,
Şuşada 19,1 faiz,
Ağcabədidə 19,1 faiz,
Qusarda 16,9 faiz,
Sabirabadda 16,9 faiz
digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.