Bu il Azərbaycanda istirahət mərkəzlərində və hotellərdə ötən illə müqayisədə qiymətlərdə təqribən 20-25 faiz artım müşahidə edilir.
Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara - MÜRACİƏT EDİB
FED.az xəbər verir ki, bunu turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov deyib.
O, qeyd edib ki, indi istirahət mərkəzlərinə ən çox tələbat olan mövsümdəyik. “Eyni zamanda quru sərhədlərin bağlı qalması səbəbindən insanlar tətillərini əsasən Azərbaycanda keçirir və bununla əlaqədar tələbat yüksəksidir. Əlbəttə ki, bu vəziyyət qiymətlərin artmasına da səbəb olur”, - deyə o, bildirib.
Ekspert vurğulayıb ki, dünyada turist başına düşən xərclər artıb. “Təxminən 50 faizə yaxın artım var. Bu, nəqliyyat, enerji daşıyıcılarının qiymətlərinin artması, inflyasiya, qida xərclərinin artması ilə bağlıdır. Azərbaycanda da inflyasia var və bu da turizm parketlərininin qiymətlərinə təsir göstərir”, - deyə o, əlavə edib.
Qeyd edək ki, bir sıra otellərdə ötən il 150-160 manata təklif edilən 4 nəfərlik otaqlar bu il 210-220 manat civarinda təklif edilir. Qiymətlərin mövsümün sonuna yaxın bir qədər ucuzlaşacağı ehtimal edilir. Hazırda tələbat yüksək olduğundan qiymətlər bir qədər yüksəkdir, lakin mövsümün sonuna doğru tələbat nisbətən azalacaq ki, bu da qiymətlərin ucuzlaşmasına imkan verəcək. (Trend)