2024-cü il yanvar-mart ayları ərzində Azərbaycanda hotel və hotel tipli obyektlər 100 milyon 939,9 min manat xərc çəkib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu illik müqayisədə 21 milyon 921,3 min manat və ya 28% artıb.
2023-cü ilin eyni dövründə hotellərin xərcləri 79 milyon 18,6 min manata bərabər olub.