2024-cü il yanvar-mart ayları ərzində Azərbaycanda hotel və hotel tipli obyektlər 10 milyon 730,6 min manat mənfəət əldə edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hotellərin gəlirləri xərclərini üstələdiyindən I rübü mənfəətlə yekunlaşdırıb.
Mənfəəti illik müqayisədə 4 milyon 542,5 min manat və ya 73% artıb.
2023-cü ildə hotellərin mənfəəti 6 milyon 188 min manata bərabər olub.