2025-ci ilin yekunlarına əsasən, turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin ölkəmizdə çəkdikləri xərclərin həcmi üzrə ən aşağı göstəricilər də məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bəzi ölkələrdən gələn qonaqların xərcləmələri digərlərinə nisbətən az olub.
Siyahının bu hissəsində Avstriya 5 milyon 457 min manat göstərici ilə yer alıb.
Moldovadan gələn turistlərin xərcləri 5 milyon 234 min manat təşkil edib. Yəmən 5 milyon 75 min manat göstərici ilə növbəti sırada qərarlaşıb.
Digər ölkələr üzrə xərcləmələr aşağıdakı kimidir:
Litva vətəndaşları 4 milyon 429 min manat, İsveçdən gələn qonaqlar isə 4 milyon 348 min manat xərcləyiblər.
İsveçrə üzrə göstərici 4 milyon 121 min manat, Latviya üzrə isə 4 milyon 41 min manat olub. Bolqarıstan turistləri ölkəmizdə 3 milyon 780 min manat xərcləyiblər.
Siyahının son pillələrini Norveç (2 milyon 591 min manat) və ən aşağı göstərici ilə Suriya (576 min manat) tamamlayır.











