2025-ci ilin yekunlarına əsasən, turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin ölkəmizdə çəkdikləri xərclərin həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə xarici qonaqların ümumi xərcləri 3 milyard 258 milyon 77 min manat təşkil edib.
Renkinqə Rusiya Federasiyası başçılıq edir. Bu ölkədən gələn turistlər Azərbaycanda 860 milyon 669 min manat vəsait xərcləyiblər.
İkinci yerdə Türkiyə qərarlaşıb – qardaş ölkənin vətəndaşlarının xərcləri 351 milyon 701 min manat olub.
Hindistan 331 milyon 738 min manat göstərici ilə üçüncü sırada yer alıb. Səudiyyə Ərəbistanından gələn qonaqlar isə 207 milyon 724 min manat xərcləyərək dördüncü olublar.
Digər ölkələr üzrə göstəricilər aşağıdakı kimidir:
Qazaxıstan turistlərinin xərcləri 144 milyon 61 min manat təşkil edib. "Digər ölkələr" kateqoriyası üzrə xərclər 142 milyon 116 min manat olub.
Pakistandan gələn turistlər ölkəmizdə 130 milyon 357 min manat, İsrail vətəndaşları isə 115 milyon 670 min manat xərcləyiblər.
Siyahının son pillələrini Çin (98 milyon 806 min manat) və Birləşmiş Ərəb Əmirlikləri (89 milyon 995 min manat) tamamlayır.











