Onlayn bronlaşdırma sistemi olan booking.com-da bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 3 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 76 manat təşkil edib.
FED.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin hesabatına istinadən aparılan araşdırmaya görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37 % azdır.
Hesabat dövründə ən yüksək qiymət 135 manat olmaqla Gəncədə qeydə alınıb.
İkinci yerdə 75 manat olmaqla Bakının hotelləri qərarlaşıb. Bu, 1 il əvvələ nisbətən 50,7 % azdır.
3 ulduzlu hotellər arasında üçüncü yeri isə 72 manat olmaqla Şəki tutub. Bu şəhərdə orta qiymət illik müqayisədə 44,1% artıb.
İsmayıllıda 3 ulduzlu hotellərdə bir gecə qalma 63 manata (28,8 % az), Astarada 60 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu hotel olmayıb), Mingəçevirdə isə 50 manata (qiymət dəyişməyib) başa gəlib. (Report)