Azərbaycana turist kimi gələnlərin böyük əksəriyyəti istirahət, əyləncə məqsədilə gələn şəxslər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Cari ilin 9 ayında istirahət, əyləncə məqsədilə gələn ümumi turistlərin 694 min 846 nəfərini təşkil edib ki, bu da illik müqayisədə 399 min 15 nəfər yəni 2,3 dəfə artım deməkdir.
Keçən ilin eyni dövründə bu məqsədlə 295 min 831 nəfər gəlmişdi.
Bundan başqa 111 min 032 nəfər işgüzar məqsədlə, 187 min 341 nəfər qohumlara, dostlara baş çəkmək məqsədilə, 14 min 259 nəfər müalicə məqsədilə,1 985 nəfər dini ziyarət məqsədilə, 2 min 864 nəfər mağazalara baş çəkmək məqsədilə, 29 min 290 nəfər tranzit məqsədilə,2 min 664 nəfər isə digər turizm məqsədilə gəlib.
İşgüzar məqsədlə gələnlərin sayı illik müqayisədə 2,7 dəfə,tranzit məqsədilə gələnlərin sayı 11,7%, digər turizm məqsədilə gələnlərin sayı 2,4 dəfə azalıb, qohumlara, dostlara baş çəkmək məqsədilə gələnlərin sayı 36,9%, müalicə məqsədilə gələnlərin sayı 40,4%, dini ziyarət məqsədilə gələnlərin sayı 36,7%, mağazalara baş çəkmək məqsədilə gələnlərin sayı isə 95,4% artıb.
Keçən ilin doqquz ayı ərzində 302 min 558 nəfər işgüzar məqsədlə, 136 min 891 nəfər qohumlara, dostlara baş çəkmək məqsədilə, 10 min 155 nəfər müalicə məqsədilə, 1 min 452 nəfər dini ziyarət məqsədilə, 1 min 466 nəfər mağazalara baş çəkmək məqsədilə, 33 min 157 nəfər tranzit məqsədilə, 6 min 307 nəfər digər turizm məqsədilə gəlmişdi.