2022-ci ildə Azərbaycana gələn turistlərin sayı 2021-ci illə müqayisədə 2 dəfədən çox artıb.
«Buta Airways» biletlərin qiymətini - BİR QƏDƏR DƏ QALDIRIB – MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, cari ilin yanvar-noyabr aylarında Azərbaycana 1,4 milyon xarici vətəndaş gəlib. Bu, 2021-ci illə müqayisədə 2 dəfə və ya 110 % çoxdur.
Bununla yanaşı, 2022-ci ildə artım olsa da, koronavirusdan əvvəlki 2019-cu ildəki həddən hələ də 2 dəfə aşağıdır. Müşavir bildirib ki, hazırda turizm sahəsində əsas hədəf pandemiyadan əvvəlki dövr göstəricilərinə çatmaqdır. Qarşıdakı 4 il üçün hədəf isə Azərbğaycana ildə 4 milyon turist cəlb edilməsidir.