Rusiya vətəndaşları bu il uzunmüddətli yay tətilini keçirmək üçün ən çox Türkiyə, Azərbaycan və Taylandı seçiblər.
Rusiyadan Azərbaycana tur qiymətləri - REKORD HƏDDƏ ÇATDI
FED.az “Yandex Travel” araşdırmasının nəticələrinə istinadən xəbər verir ki, 2022-ci ilin yayı ilə müqayisədə bu il Türkiyəyə uzunmüddətli səfərlərin payı 1,5 dəfə, Azərbaycan və Taylanda isə 2 dəfə artıb.
Cari ilin yayında uzun müddətli səfərlərin 55 faizi Rusiyanın, 45 faizi isə xarici ölkələrin payına düşüb. Xaricə səyahətlərin payı pandemiyadan bəri ən yüksək səviyyəyə çatıb.
Ən populyar xarici istiqamətlər İstanbul, Bakı, Antalya, Banqkok və Təl-Əviv, ölkədaxili istiqamətlər isə Soçi, Mineralnıye Vodı, Sankt-Peterburq, Kalininqrad və Mahaçqala olub. (vergilər.az)