2023-cü ilin iyulunda Rusiyadan Azərbaycana təşkil edilən turların qiyməti 2001-ci ilin əvvəlindən bu yana tarixi maksimuma çatıb.
“Rusiyadan güclü turist axını var” – Azərbaycanda hotellərinin son durumu
FED.az biznes və maliyyə xəbərləri portalı "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Statistika İnstitutunun (Rosstat) məlumatında qeyd olunub.
Məlumata görə, Rusiyadan Azərbaycan, Gürcüstan və Ermənistana səfərlərin qiyməti 54,5 min rubla çatıb.
Rusiyadan Türkiyəyə də turların qiyməti tarixi rekor təşkil edib. Belə ki, Rusiyadan sözügedən ölkəyə turun qiyməti mütəmadi olaraq qalxaraq 2023-cü ilin yanvarında 52,1 min rubla çatıb. 2001-ci ildə isə bu rəqəm orta hesabla 11 min rubl təşkil edib. Cari ilin iyulunda isə Rusiyadan Türkiyəyə turun qiyməti 83,4 min rubla qədər bahalaşıb.
Turizm üzrə mütəxəssis Savaş Danın sözlərinə görə, Rusiyadan Türkiyəyə tur qiymətlərinin bahalaşmasına əsas səbəb ölkədə məhsulların, elektrik enerjisinin və yanacağın qiymətinin qalxmasıdır.