Azərbaycan Böyük İpək Yolu ölkələri (Çin, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, İran, Azərbaycan, Gürcüstan) üçün şengen vizasının analoqu olan "Silk Road Visa"layihəsinə qoşula bilər.
Eləcə də bax: Şengen zonasında sərhədlərdən vahid gediş-gəliş qaydası təsdiqləndi
FED.az xəbər verir ki, bu barədə Özbəkistanın turizm və idman naziri Əziz Əbduhakimov deyib.
Onun sözlərinə görə, bir neçə digər ölkə də layihəyə qoşulmaq niyyətindədir.
"Qırğızıstan layihəyə maraq göstərir. Azərbaycanla bağlı bəzi işlər aparılır. Tacikistan, Monqolustan və Cənubi Qafqaz ölkələri də layihəyə qoşula bilər. Danışıqlar davam edir", - Əziz Abduhakimov bildirib.
Qeyd edək ki, Özbəkistan və Qazaxıstan "Silk Road Visa"nın yaradılması üzrə işləri ilin sonuna qədər tamamlamağı planlaşdırırlar. Artıq ölkələr vizanın tətbiqi ilə bağlı bütün texniki məsələləri həll edib, hazırda ikitərəfli komissiyanın iclasının dəqiq tarixi müəyyənləşdirilir. (Apa)