“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş” təsdiq edilib.
Azərbaycan İssık-Kulda beşulduzlu hotelin - TİKİNİTİSİNƏ BAŞLADI
FED.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Fərman 2023-cü il oktyabrın 12-də Bişkek şəhərində imzalanıb.
Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.