“İssık-Kulda böyük beşulduzlu hotelin tikintisinə başlanılıb, layihə Azərbaycan tərəfindən həyata keçirilir”.
Türkiyənin tanınmış hotel brendi Bakıda - FƏALİYYƏTƏ BAŞLAYACAQ
FED.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin işlər üzrə rəhbəri Kanıbek Tumanbayev sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, artıq iki ildir ki, respublikanın turizm zonalarında fəal şəkildə yeni obyektlər yaradılır. “Bu gün İssık-Kulda daha bir beşulduzlu hotelin tikintisinə başlanılıb. Burada hər cür şəraiti olan müasir mehmanxana və park olacaq”, - K.Tumanbayev qeyd edib.
Xatırladaq ki, əraziyə 4 hektarlıq park, 1 hektarlıq çimərlik, həmçinin 12 hektarlıq bir neçə mehmanxana binası daxil olacaq. Hotelin üç ildən sonra istifadəyə verilməsi nəzərdə tutulur. ("Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı )