2024-cü il yanvar-iyun ayları ərzində Azərbaycanda hotel və hotel tipli obyektlər xidmət istehsalına 222 milyon 253,3 min manat xərc çəkib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu göstərici illik müqayisədə 49 milyon 81,4 min manat və ya 28,3% artıb.
2023-cü ildə ilk yarısında hotellərin xərclər 173 milyon 171,9 min manata bərabər olub.