AZAL Avropanın məşhur istiqamətinə – Barselonaya uçuşları bərpa edir.
AZAL və «Buta Airways» 3 şəhərə uçuşlara başlayır – 218 MANATDAN BAŞLAYAN QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Şirkətin məlumatına görə, Bakı-Barselona-Bakı marşrutu üzrə ilk reys mayın 2-də həyata keçiriləcək.
Barselona İspaniyanın ikinci əhəmiyyətli şəhəri və Avropanın ən böyük turizm mərkəzlərindən biridir. Barselona həm də mülayim iqlimi, dənizi və qum çimərlikləri ilə məşhur olan kurort şəhəridir.
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportundan Barselonaya və əks istiqamətdə həftədə iki dəfə – çərşənbə axşamı və bazar günü yerinə yetirəcək.
Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış olmaq mümkündür. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
FED.az xəbər verir ki, Bakıdan-Barselonaya və əks istiqamətdə ən ucuz uçuş təqriğbən 900 manata başa gələcək. Söhbət AZAL-ın ən aşağı büdcəli uçuş sinifi olan «Economy Lite»dən gedir. Bu sinifdə gediş bileti 466 manat, dönüş bileti isə 439 manat ətrafındadır.
Economy (Classic) sinfində uçuşlar gediş 521 manat, qayıdış 494 manat olmaqla 1015 manata, Economy (Safe) sinfi ilə isə gediş 550 manat, qayıdış isə 522 manat olmaqla 1072 manata başa gələcək.