Azərbaycanın Milli Aviadaşıyıcısı (AZAL) Rusiyaya daha üç yeni iştiqamət əlavə edib.
FED.az xəbər verir ki, mart ayından etibarən aviaşirkət Novosibirsk, Yekaterinburq və Samara şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
Dünya üzrə uçuşlar üçün - Ən ucuz ay açıqlanıb
Yeni istiqamətlərə həm AZAL özü, həm də onun aşağı büdcəli şirkəti adlandırılan «Buta Airways» uçacaq.
Belə ki, martın 16-dan etibarən AZAL aviaşirkəti həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı Novosibirsk şəhərinə, martın 19-dan etibarən isə həftədə iki dəfə – çərşənbə və bazar günü Yekaterinburq şəhərinə uçuşlar yerinə yetirəcək.
AZAL-in tərkibinə daxil olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti martın 18-dən etibarən Samara şəhərinə reyslər yerinə yetirəcək. Bu şəhərə uçuşlar çərşənbə axşamı və şənbə günü nəzərdə tutulub.
Yeni istiqamətlərə uçuşların qiyməti fərqlidir.
Bakıdan Novosibirskə uçuş qiymətləri Bakı-Novosibirsk 450 manatdan, geriyə 245 manatdan başlayır («Economy lite» sinifi ilə uçuşda ).
Bakıdan Samara şəhərinə uçuş qiymətləri Bakı- Samara 380 manatdan, geriyə 306 manatdan başlayır («Economy lite» sinifi ilə uçuşda ).
Bakıdan Yekaterinnburqa uçuş qiymətləri Bakı-Yekaterinnburq 306 manatdan, geriyə 218 manatdan başlayır («Economy lite» sinifi ilə uçuşda ).