Qazaxıstanın “Air Astana” aviaşirkəti mayın 31-dən Atırau – Bakı – Atırau marşrutu üzrə birbaşa uçuşlara başlayır.
Moskvadan Lənkərana reys açılır - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi bildirir.
"Air Astana” cari ildə bir sıra yeni beynəlxalq aviamarşrut açmağı planlaşdırır. Bunların arasında Atırau - Bakı - Atırau reysi də var", - məlumatda qeyd olunub.
Uçuşlar həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Uçuş müddəti 1 saat 25 dəqiqə təşkil edəcək. (Report)