2023-cü ilin iyul ayında Türkiyənin Antalya Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 21 faiz artaraq, 18 milyon 383 min 949 nəfər olub.
Antalya aeroportu rekord vurdu - Bir gundə 1200 təyyarə, 215 min turist!
FED.az xəbər verir ki, bu bardə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat verib.
Məlumata görə, iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 9 faiz artaraq, 3 milyon 530 min 805 nəfər, beynəlxalq reyslər üzrə isə 24 faiz artaraq, 14 milyon 853 min 144 nəfər təşkil edib.
Bu ilin iyul ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq, 224 min 126 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 33 min 735 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 17 faiz artaraq, 190 min 391 ton olub.
Hava limanından 2023-cü ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq, 120 min 61 olub. Daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 9 faiz dəyişərək, 26 min 466, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 935 min 595 olub.
2023-cü ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 118 milyon 544 min 937 nəfər, yük dövriyyəsi isə 2 milyon 285 min 236 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton olub. (Trend)