Bundestaqda hakim koalisiya quran Almaniya Sosial Demokrat Partiyası və "İttifaq 90/Yaşıllar" Almaniya vətəndaşlığının alınmasını asanlaşdırmağı, o cümlədən ikili vətəndaşlıq imkanının verilməsini planlaşdırır.
Eləcə də bax: Almaniyaya kənardan 1,2 milyon işçi lazımdır – PEŞƏLƏRİN SİYAHISI
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi bildirib.
Sazişdə qeyd olunub: "Biz vətəndaşlığın alınması ilə bağlı müasir hüquq sistemi yaradırıq. Bu məqsədlə biz çoxsaylı [ikili] vətəndaşlığı mümkün olacağın təmin edəcəyik və Almaniya vətəndaşlığının alınmasını sadələşdirəcəyik".
Vətəndaşlıq almaq üçün Almaniyada yaşama müddətinin səkkiz ildən beşə endirilməsi gözlənilir. Həmçinin əcnəbilərdən doğulan uşaqların vətəndaşlığa qəbulu ilə bağlı müddəalara yenidən baxılması nəzərdə tutulur:
"Almaniyada əcnəbi valideynlərdən doğulan uşaqlar, valideynlərdən biri Almaniyada qanuni olaraq beş il yaşadığı halda, doğulanda Almaniya vətəndaşı olur".