2023-cü ildə Türkiyəyə köçən xaricilərin 8,2 faizi Azərbaycan vətəndaşı olub.
Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışı azalıb
FED.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, bu siyahıda ilk yeri Rusiya tutur. Belə ki, Türkiyəyə köçən xaricilərdən 13,2 faizi Rusiyadan olub.
Növbəti yerlərdə isə Türkmənistan (7,3 faiz), İran (6,7 faiz) və Əfqanıstan (5,9 faiz) təşkil edir.
Türkiyədən köçən xarici vətəndaşlar arasında ən çox pay sahibi 17 faiz ilə Rusiya vətəndaşlarına məxsusdur. Növbəti yerlərdə isə İraq (15,7 faiz), Əfqanıstan (8,3 faiz), İran (6,5 faiz) və Türkmənistandır (4, 9 faiz). (Report)