"Mirvari" gəmisi yenidən fəaliyyətini bərpa edib.
Bakı bulvarında gəmi gəzintisi bərpa edilir
FED.az xəbər verir ki, 2022-ci ildə Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən çəkilməsi ilə əlaqədar Dənizkənarı Milli Parkda gəzinti gəmiləri fəaliyyətini dayandırmışdı.
İlin əvvəlindən dənizin dərinliyi ölçülüb və nəticədə gəminin təhlükəsiz hərəkəti üçün yeni marşrut müəyyən edilib. Gəmi gəzintisi üçün qiymətlər isə stabil olaraq saxlanılıb.
Gəminin təhlükəsizliyi isə Su Nəqliyyatında Polis İdarəsi və Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti tərəfindən təmin edilir.
Turistlər də gəmi gəzintisinin bərpa olunmasına sevindiklərini bildirirlər.
Gəmi ilə gəzinti müddəti isə küləkli hava istisna olmaqla digər günlərdə 30-40 dəqiqə müddətində davam edəcək.