Son günlər Bakı bulvarının ərazisindəki ən böyük və məşhur "Mirvari" gəmisi yenidən görünməyə başlayıb.
- Azərbaycanda avtobus xidmətlərindən narazlıq edənlər - ƏN ÇOX BU ÖLKƏLƏRDƏNDİR ( YANVAR-AVQUST/2024)
FED.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib ki, cari ildə gəmilərin yenidən fəaliyyətə başlaması istiqamətində işlərə başlanıldı.
"Dənizin müəyyən hissələrində dərinliyinin ölçülməsi işləri aparıldı və buna uyğun olaraq yeni, təhlükəsiz marşrut xətləri müəyyənləşdirildi. Eyni zamanda, “Mirvari” gəmisinin təhlükəsiz və rahat hərəkəti üçün təmir və renovasiya işləri aparıldı.
Bir neçə gündür, gəmi Dəniz Vağzalı qarşısındakı körpüyə yan alıb və gəmi gəzintisi üçün son hazırlıq işləri görülür. Hazırlıq işləri yekunlaşdıqdan sonra qiymətlər və güzəştlər barədə məlumat veriləcək", - deyə Ə.Mehdiyeva qeyd edib.
Qeyd edək ki, Dənizkənarı Milli Parkda xidmət göstərən "Mirvari" gəzinti gəmisinin sərnişin tutumu 446 nəfərdir. (Trend)