Dövlət Sərhəd Xidməti açıq tender elan edir.
FED.az xəbər verir ki, tender tikinti materiallarının satın alınması məqsədilə keçirilir.
Satınalmanın ehtimal olunan qiyməti 59 min 537,17 manat təşkil edir.
Təkliflərin son təqdimetmə tarixi və zərflərin açılış vaxtı 04 dekabr 2025-ci il saat 10:30-dur.
İştirak haqqı 119 manat 07 qəpik, istifadə haqqı isə 25 manat məbləğində müəyyən edilib. Təchizatçılar təkliflərini təqdim etmək üçün bu haqları ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, ödənilmiş haqlar geri qaytarılmır.
Əlaqələndirici şəxs – Toğrul Qarayev, Satınalma mütəxəssisi.
E-poçt: [email protected]
Telefon: +994 12 498 01 36
İddiaçılar təkliflərini 04 dekabr 2025-ci il tarixinə qədər Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 76 ünvanına təqdim edə bilərlər.













