Qax Rayon İcra Hakimiyyəti Qax şəhərinin küçələrində yol və səkilərin əsaslı təmiri işlərinin satınalınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 4300015071
Satınalan təşkilatın ünvanı: Qax şəhəri.Azərbaycan prospekti 32 . poçt indeksi AZ 3400
Müsabiqənin başlama tarixi və vaxtı: 31.07.2023 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:18.08.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 28.08.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 29.08.2023 11:00
Ödəniş şərtləri - Müqavilə üzrə ödəmə malgöndərənin (podratçının) təqdim etdiyi Sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır
Çatdırılma yeri - Qax şəhəri
Çatdırılma müddəti - 30.12.2023
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanları və işçi qüvvəsinin olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
İddiaçıların son bir ildəki fəaliyyəti haqqında (əgər daha az müddət fəaliyyət göstərirsə,bütün fəaliyyət dövründəki) vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə,bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Dəyanət Əminov, RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri
Email: [email protected]
Əlaqə telefonu:024 25 5 24 99