Xocavənd Rayon Mərkəzi Xəstəxanası və Füzuli Rayon Mərkəzi Xəstəxanası, tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi ilə bağlı tenderlər elan etmişdi.
“Azəristiliktəchizat”ın 310 min manatlıq layihəsinə veto! - DETALLAR
FED.az xəbər verir ki, hər iki tibbi qurumun elan etdikləri tenderlər ləğv edilib. Hər iki tenderin ləğv edilmə səbəbi, təklif vermək üçün tələb olunan lisenziya və ya icazəyə sahib olan təchizatçıların sayının üçdən az olması ilə əlaqədardır.
Xocavənd Rayon Mərkəzi Xəstəxanası tərəfindən elan edilən tenderin ehtimal olunan qiyməti 54.629,84 AZN olub. Müsabiqə 10 aprel 2025-ci il tarixində saat 11:37-də dərc edilib. Təkliflərin son təqdim olunma tarixi isə 29 aprel 2025-ci il, saat 16:00-dır. Tenderin zərfləri həmin gün, 29 aprel 2025-ci il, saat 16:00-da açılmalı idi.
Füzuli Rayon Mərkəzi Xəstəxanası tərəfindən elan edilən tenderin ehtimal olunan qiyməti isə 62.290,07 AZN olmuşdur. Müsabiqə 27 fevral 2025-ci il, saat 10:51-də dərc edilib. Təkliflərin son təqdim olunma tarixi 7 aprel 2025-ci il, saat 10:00-dır. Zərflərin açılışı isə həmin gün, 7 aprel 2025-ci il, saat 10:00-da nəzərdə tutulmuşdu.
Ümumi olaraq, 116.919,91 AZN dəyərindəki tenderlər ləğv olunub.