“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən elan edilmiş mühüm tender proseduru dayandırılıb.
İki nazirlik əli boş qaldı - TENDERLƏRİ LƏĞV OLUNDU
FED.az xəbər verir ki, müsabiqə ASC-nin balansında olan 8 ədəd köhnə tipli qazanxananın yenidən qurulması və modernizasiyası işləri üzrə layihələndirmə xidmətlərinin satınalınması ilə bağlı idi.
Tenderin ehtimal olunan qiyməti 310.639,96 AZN təşkil edirdi. Satınalma proseduru barədə məlumat 13 fevral 2025-ci il saat 14:51-də dərc olunmuş, təkliflərin qəbulu üçün son tarix isə 25 fevral 2025-ci il saat 15:00 olaraq müəyyən edilmişdi. Eyni tarixdə və saatda tender təkliflərinin zərflərinin açılması planlaşdırılırdı.
Lakin tender 14 aprel 2025-ci il tarixli, № AİBNDA/SQ-1464/2025 saylı qərara əsasən, nəzarət orqanının qərarı ilə ləğv olunub. Ləğv səbəbi barədə əlavə təfərrüat açıqlanmasa da, bu addımın dövlət satınalmalarına nəzarətin gücləndirilməsi və şəffaflığın təmin olunması məqsədi daşıdığı ehtimal edilir.