Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsi tərəfindən keçirilən tenderin nəticələri açıqlanıb.
Nazirlik 880 min manata nələr alacaq? - TENDER, SİYAHI
FED.az xəbər verir ki, tenderin nəticəsinə əsasən, "İktex" MMC daxili işlər orqanlarında Süni Zəka texnologiyalarının tətbiqi xidmətlərini həyata keçirəcək. Müqavilənin dəyəri 3 995 244 AZN təşkil edir.
Xatırladaq ki, tender üzrə ehtimal olunan qiymət 6 658 740 AZN olub, bu da o deməkdir ki, şirkət təxminən 2,7 milyon manat daha az pulla tenderi udub.
Eyni zamanda “İktex” MMC bu il ərzində daha əvvəl də bir neçə dövlət qurumunun tenderində qalib olub. Belə ki, 22 iyul 2025-ci ildə Daxili İşlər Nazirliyinin “Avtomatik Daktiloskopik İdentifikasiya Sistemi”nə göstəriləcək xidmətlərin satın alınması üzrə tenderdə şirkət 2 217 152 AZN məbləğində müqavilə imzalayıb. Bundan başqa, 23 aprel 2025-ci ildə Maliyyə Nazirliyi ilə “QHT-hesabat.maliyye.gov.az” informasiya sisteminə texniki dəstəyin göstərilməsi xidmətləri üzrə 13 122 AZN, eləcə də 22 aprel 2025-ci ildə “e-mühasibat elektron portalı” üçün texniki dəstək xidmətləri üzrə 24 825 AZN dəyərində müqavilələr bağlanıb.
Beləliklə, “İktex” MMC 2025-ci il ərzində dövlət sektorunda informasiya texnologiyaları və süni zəka sahəsində dörd müxtəlif layihənin icrasını təmin edən şirkət kimi seçilib.
Qeyd edək ki, “İktex” MMC 2007-ci ildə təsis olunub, nizamnamə kapitalı 1 000 AZN-dir. Şirkətin qanuni təmsilçisi Qabil Qasımov Salman oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Sabir küçəsi, mənzil 202F-dir.