Naxçıvan Diaqnostika Müalicə Mərkəzi "Dərman, Sarğı materialları və reaktivlərin alınması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "Solamedical" MMC (VÖEN: 1504875281) olub.
Qalib şirkətə 2 744 154 manat məbləğində ödəniləcək.
"Solamedical" MMC daha öncə də Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin 2 525 109 manat məbləğindəki dərman preparatlarının və sarğı materiallarının satın alınması ilə bağlı tenderin qalibi olub (10.03.2023).