Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi "Dərman preparatlarının və sarğı materiallarının satın alınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, qalib "Solamedical" MMC seçilib.
Tenderin dəyəri 2 525 109 manatdır.
Qeyd edək ki, "Solamedical" MMC daha öncə 604 879 manat dəyərindəki Dövlət Sərhəd Xidməti "Dərman preparatları və sarğı materialları" tenderinin qalibi seçilib (03.03.2023).