Mərkəzi Bank daha bir tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "Mərkəzi Bank üçün “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun keçirilməsi üzrə xidmətin satın alınması" tenderinin qalibi "Principal" MMC (VÖEN: 2004013531) olub.
Şirkətlə dəyəri 94 350 manat məbləğində müqavilə imzalanıb.
"Principal" MMC bundan əvvəl də Mərkəzi Bankla 2 tender müqaviləsi imzalayıb.