Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti nəqliyyat vasitələrinin yenilənməsi məqsədilə iki tender elan edib.
Süfrə qurulmamış qaldı – ADNSU-nun tenderinə nəzarət əngəli!
FED.az xəbər verir ki, tenderlərin hər ikisi 2025-ci ilin aprel ayının 16-da dərc olunub və təkliflərin təqdim olunması üçün son tarix 15 may 2025-ci il saat 10:30-dur. Eyni tarixdə və saatda zərflərin açılışı da baş tutacaq.
Birinci tender çərçivəsində hibrid mühərrikli minik avtomobillərinin satın alınması nəzərdə tutulur. Ümumi ehtimal olunan qiymət 1.028.250 manat təşkil edir. Tender üzrə 3 ədəd 2.5 hibrid mühərrikli və 18 ədəd 1.8 hibrid mühərrikli minik avtomobili alınacaq.
İkinci tender isə 5 ədəd 29+1 nəfərlik sərnişin avtobusunun satın alınmasını əhatə edir. Bu tenderin ehtimal olunan dəyəri 1.075.000 manatdır.