Dövlət Vergi Xidməti “2025-ci il üzrə AVİS-in altsistemlərinə, elektron portal və məlumat bazalarına xidmətin göstərilməsi, AVİS-in fəaliyyətini təmin edən lisenziyanın, SSL sertifikatının və domen adının satınalınması” tenderinin nəticələrini elan edib.
Bu şirkət İqtisadiyyat Nazirliyinə texniki xidmətlər göstərəcək - 6 MİLYON MANAT QAZANACAQ
FED.az xəbər verir ki, tenderin qalibi “Cybernet” MMC (VÖEN: 9900050571) olub.
Qalib şəxslə 7 310 531 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Cybernet” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Emil Əmirov Etibar oğludur. Hüquqi ünvanı AZ1154, Bakı Şəhəri Nərimanov Rayonu, İsmayıl Hidayətzadə, ev 11 ünvanında yerləşir.