“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” Publik Hüquqi Şəxsi (VÖEN – 1305817761) açıq tender elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti sedan tipli nəqliyyat vasitəsinin satın alınmasıdır. Ehtimal olunan qiymət 56 min 550 manat təşkil edir.
Müsabiqə 28 noyabr 2025-ci il, saat 15:05-də dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 22 dekabr 2025-ci il, saat 17:00, zərflərin açılışı isə həmin tarixdə və 17:00-da keçiriləcək.
İştirak haqqı 113 manat 10 qəpik, istifadə haqqı isə 25 manatdır. Bu ödənişlər geri qaytarılmır.
Əlaqələndirici şəxs – Sudabə Qocayeva, böyük mütəxəssis
Telefon: +994 12 525 50 26
E-mail: [email protected]
İddiaçılar təkliflərini 22 dekabr 2025-ci il, saat 17:00-a qədər Bakı şəhəri, İ.Qutqaşınlı 86 ünvanına təqdim edə bilərlər.
İstehsal ili: 2025 Mühərrik həcmi (minimal) : 1900-2400 sm/kub, 3-5 silindr, Transmissiya : CVT, Yanacaq növü : Benzin/ Hibrid, Yanacaq çəni tutumu 45-55 l, Ölçülər (U,E,H) ( minimal) 4900/1800/1400 sm, Klirens 140-150 (mm), Sürüş - eco-normal-sport, Eksteryer : ( minimal) Sükanda audio və telefon idarəetmə sistemi , led ön işıqlar, duman işıqları led, Təkərlər: 235/45R19, korpus rəngi: bir rəng, rəng razılaşdırılmalı, Oturacaq materialı: Dəri oturacaqlar alikantarla birgə, işəsalma sistemi -Açarsız daxilolma və bir toxunuşla işəsalma , Stabilliyə nəzarət sistemi - VSC, ABS, parking support alt/brake, parking brake, Adaptiv Kruiz Kontrol, Təhlükəsizlik yastıqları ( sürücü və sərnişin), 2-3 zonalı avtomatik kondinsioner, arxa görüntü kamerası, multimedia displeyi










