Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “Cəbrayıl rayonu, Horovlu kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Dövlət Fondunun binasının təmir və bərpasına 18 milyon manat - SƏRF EDİLƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “19 Saylı Tikinti Təmir İdarəsi” MMC olub.
Qalib şirkətlə 40 225 221 manat məbləğində müqavilə imzalanıb.
Sözügedən tender üzrə ehtimal qiyməti 45,2 milyon manat təşkil edib. Amma tenderdə qalib şirkət daha aşağı - təqribən 5 milyon manat ucuz məbləğ əldə edib.
Qeyd edək ki, “19 Saylı Tikinti Təmir İdarəsi” MMC-nin qanuni təmsilçisi Loğman Aslanov Fərəc oğludur, şirkətin nizamnamə kapitalı 100 000 manat təşkil edir.