“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC xam pambığın daşınması xidmətinin satın alınması məqsədilə açıq tender elan edir.
Diaqnostika Mərkəzi kotirovka sorğusu - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu https://etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalı vasitəsilə adıçəkilən tenderin bölməsində əldə edə bilərlər (əlaqələndirici şəxs: Jalə Rüstəmova, telefon: +994 (55) 500 12 95 və ya [email protected]).
İştirak haqqı: 300.00 (üç yüz) manat
İddiaçı iştirakçı statusunu almaq üçün 300.00 (üç yüz) manat məbləğində iştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirə bilər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1.Tenderdə iştirak etmək üçün yazılı müraciət;
2.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
3.Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
4.Tender təklifi dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
5.Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (əsli və ya notarial qaydada təsdiq olunmuş surəti);
6.İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
7.İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əsli);
8.İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
9.İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Arayış Dövlət Statistika Komitəsi tərəfindən alınmalıdır);
10.Zavod ərazisinə daxil olan yük avtomobillərinin sürücüləri təhlükəsizlik və yanğından mühafizə tədbirlərinə riayət etməlidir;
11.Yüklənmədən sonra yükün itkisi və yanğından mühafizə məqsədi ilə yükün üstü örtülməlidir.
12.İddiaçının son 1 (bir) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 06.10.2021-ci il saat 10:00-dək, tender təklifi və bank təminatı isə 14.10.2021-ci il saat 16:00-dək www.etender.gov.az Dövlət Satınalmaları Vahid İnternet Portalı vasitəsi ilə təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş təkliflər qəbul olunmayacaq. Zərflərin açılışı 15.10.2021-ci il saat 10:00-da https://etender.gov.az/ Dövlət Satınalmaları Vahid İnternet Portalı vasitəsi ilə həyata keçiriləcək.